AYNA: 7 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi

Bakı-Horadiz, Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Sumqayıt-Quba, Qazax-Gəncə şəhərlərarası və 157 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, qaliblərin siyahısı aşağıdakı kimidir:
-“Bakı-Horadiz” marşrutu üzrə fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu;
-“Bakı-Sınıq Körpü” və “Bakı-Zaqatala” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
-“Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Süleymanov Elxan Abdulla oğlu;
-“Sumqayıt-Quba” marşrutu üzrə fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu;
“-Qazax-Gəncə” marşrutu üzrə fiziki şəxs Pənahov Vaqif Nəriman oğlu;
-157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












