AYNA: Sumqayıtda 4 marşrut xətti üzrə ikili tarif tətbiq edilir

Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
AYNA-nın açıqlamasında daşıyıcılara xəbərdarlıq edilib:
"Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır. Daşıyıcılara süni qiymət artımına yol verməmələr barədə xəbərdarlıq edilib".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sumqayıtda bəzi marşrut avtobuslarının süni qiymət artımına getməsi ilə bağlı şikayətlər paylaşılıb. (report)
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ











