Azad olunmuş ərazilərə ötən il köçürülənlərin sayı açıqlandı

Hesabat ilinin sonunadək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10233 nəfərin Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavənd rayonlarına köçürülməsi təmin olunub.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, elektrik enerjisi, qaz və istilik təchizatı, yol infrastrukturunun qurulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, şəhər, qəsəbə və kəndlərin inşası işləri həyata keçirilmiş, əhalinin mərhələlərlə məskunlaşdırılması təmin olunub. Hesabat ilinin sonunadək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10233 nəfərin Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavənd rayonlarına köçürülməsi təmin olunub.
2024-cü il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 163 ailə (536 nəfər), Laçın rayonunun Zabux kəndinə 14 ailə (40 nəfər), Laçın rayonunun Sus kəndinə 59 ailə (215 nəfər), Cəbrayıl şəhərinə 287 ailə (1169 nəfər), Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinə 443 ailə (1744 nəfər), Şuşa şəhərinə 369 ailə (1388 nəfər), Xocalı şəhərinə 46 ailə (179 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 48 ailə (271 nəfər) olmaqla ümumilikdə 1429 ailənin (5542 nəfər) köçürülməsi həyata keçirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












