AZAL Avropa və BƏƏ-də baş satış nümayəndəsini təyin edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) turizm və hava yolları üzrə satış və marketinq sahəsində ixtisaslaşan “Aviareps” beynəlxalq şirkətini Avropa və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş satış nümayəndəsi təyin edib.
Avtosfer.az şirkətə istinadən xəbər verir ki, bundan sonra “Aviareps” AZAL-a Avstriya, Almaniya, İspaniya, Fransa, Niderland, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində hava yolları üzrə satış və bilet xidmətləri üçün tam dəstək göstərəcək.
“Aviareps” AZAL-ın baş satış nümayəndəsi olaraq şirkətin əsas bazarlarda iştirakını gücləndirməyə kömək edəcək.
AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov bunu şirkətin beynəlxalq aviadaşımalar bazarda mövqelərini inkişaf etdirmək və möhkəmləndirmək üçün atdığı mühüm addım kimi dəyərləndirib: “Bu əməkdaşlıq bizə rəqabətli bazarlarda mövqeyimizi gücləndirməyə yardımçı olacaq”.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı Avropa, Asiya və Şimali Amerika da daxil olmaqla 72 istiqamətə uçuşlar həyata keçirir.
Hazırda AZAL bir “Boeing 787-8 Dreamliner” də daxil olmaqla 26 “Airbus” və “Boeing” təyyarələrinə sahibdir.
“Aviareps” 1994-cü ildə Almaniyada yaradılıb və müştərilərinə qlobal bazarlara çıxmağa kömək edir. Şirkətin dünyanın 61 ölkəsində 67 ofisi var.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












