AZAL Pakistanın daha 2 şəhərinə uçuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) Pakistanın Karaçi, İslamabad şəhərlərinə uçuşların həyata keçirməsinə icazə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə qeyd olunub.
Bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.
Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması barədə razılıq əldə olunub.
Pakistanın federal aviasiya naziri deyib ki, iki ölkə arasında dərin dini, mədəni və qardaşlıq əlaqələri mövcuddur, qarşılıqlı uçuşların təşviqi iki ölkə arasında turizm və ticarəti inkişaf etdirəcək.
Xatırladaq ki, AZAL hazırda Pakistanın Lahor şəhərinə birbaşa uçuşlar təşkil edir. Aviareyslər hər həftənin çərşənbə və şənbə günləri saat 14:00-da həyata keçirilir. Məlumata görə, İslamabada uçuşlar iyul ayından başlanması planlaşdırılır.
Report
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












