AZAL Pakistanın üç böyük şəhərinə reys açır - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.
Avtosfr.az xəbər verir ki, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək.
Sözügedən üç şəhər Pakistanın mühüm tarixi və mədəniyyət mərkəzləridir ki, bu da onları ziyarət etmək üçün çox maraqlı məkana çevirir.
Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir.
AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri saytdan və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












