AZAL və “Türk Hava Yolları” Bakı və İstanbul hava limanlarında transfer prosesini sadələşdirib

Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları öz sərnişinləri üçün Bakı və İstanbul hava limanlarında transfer prosesini daha rahat və səmərəli etmək üçün səylərini birləşdirib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, AZAL-ın Bakıdan İstanbula və ondan sonra “Türk Hava Yolları” reyslərində səyahət edən sərnişinlər vahid minik talonu əldə edə və bütün marşrut üzrə baqajlarını son təyinat məntəqəsinə qədər rəsmiləşdirə bilərlər.
Bu əməkdaşlıq sayəsində bir aviaşirkətdən digərinə keçid daha rahat olacaq və sərnişinləri vaxtlarına qənaət edərək lazımsız rəsmiyyətlərdən azad edəcək.
Əldə edilən razılıq həm marşrut şəbəkəsinin müxtəlif məntəqələrindən səfərlərini davam etdirmək üçün “Türk Hava Yolları”nın uçuşlarını seçən AZAL sərnişinləri, həm də Bakı vasitəsilə İstanbuldan səyahət edənlər üçün maksimal rahatlıq təmin edəcək.
İki milli aviadaşıyıcının səylərinin birləşdirilməsi xidmət keyfiyyətini və sərnişin rahatlığını yaxşılaşdırmaq üçün daim təkmilləşmək və qabaqcıl həllər təklif etmək təşəbbüsünün göstəricisidir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












