AZAL xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram təşkil edib - VİDEO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün böyük bayram təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
“Kinderland” uşaq əyləncə mərkəzində keçirilən “AZAL Günü” tədbirində Vətən müharibəsi şəhidlərinin övladları, uşaq evləri və internat məktəblərinin şagirdləri, həmçinin fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Bu sosial aksiya çərçivəsində uşaqlar müsabiqələrdə, master-klasslarda və böyük rolunu oynayaraq müxtəlif oyunlarda iştirak ediblər. Xüsusi hazırlanmış əyləncə proqramı hər bir uşaq üçün unudulmaz istirahət və maksimal zövq təmin edib.
Bununla belə, bu tədbir uşaqlar üçün həm əyləncə, həm də məlumat dolu olub - onlar aviasiyanın ecazkar dünyası ilə tanış olublar. AZAL əməkdaşları pilotların, təyyarə bələdçilərinin və aviasiya sahəsinin digər mütəxəssislərinin işi haqqında uşaqlara danışıblar.
Uşaqlar üçün bayramın necə keçirildiyinə dair videonu aşağıdakı linkdən izləyə bilərsiniz:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












