"Azərbaycan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilib” - RƏY - FOTO

"Bu il müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək Azərbaycan Respublikası ötən müddət ərzində şərəfli və uğurlarla zəngin bir yol keçib. Bu nailiyyətlərin təməlində isə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən hərtərəfli inkişaf siyasəti dayanır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan ötən qısa zaman ərzində əsrlərə bərabər yol keçib, torpaqlarını işğaldan azad edib və regionda yeni reallıqlar yaradıb”.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Depuatat qeyd edib ki, əvvəla bu reallıqlar Azərbaycanın regionda və dünyada nüfuzunun daha artmasına səbəb olub:
“Məhz bu konteksdə dostlarımızın sayının getdikcə daha da artmasını vurğulaya bilərik. Həmçinin biz dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların yeni dönəmdə Azərbaycanın yaratdığı reallıqlar fonunda ölkəmizlə əməkdaşlığı daha da dərinləşdirmək istəklərini görürürük”.
Vüqar İskəndərov bildirib ki, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər də bu konteksdən dəyərləndirilə bilər:
“Bu iki telefon danışığını ümumiləşdirsək, vurğulaya bilərik ki, eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təması ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür”.

“Mən bu konteksdə Azərbaycan-Çin əlaqələrinin üzərində xüsusi olaraq dayanmaq istərdim. Post-Covid dövründə yeni dünya düzənində Çinin aparıcı qüvvələrdən biri, qlobal güc mərkəzi olmasını nəzərdən qaçırmamalıyıq. Eyni zamanda, ÇXR sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğu, Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirləri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu fikirlə Azərbaycanın regionda və dünyada çəkisi, nüfuzu və önəminə verilən qiymətdir. Beləliklə, bütün bunlar bir daha Azərbaycanın güclü dövlətə və etibarlə tərəfdaşa çevrildiyini təsdiqləyir. Ən əsası isə yuxarıda bəhs edilən iki telefon danışığını ümumiləşdirərək, deyə bilərəm ki, bu gün Azərbaycan həm də Mərkəzi Asiya ölkələri ilə Aİ arasındakı əlaqələrin inkişafı üçün etibarlı əməkdaşlıq körpüsünün qurulmasında aparıcı rol oynayır. Yəni Azərbaycan 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilib”, - deputat qeyd edib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












