"Azərbaycan Dəmir Yolları" ölkəyə yeni nəsil texnikalar gətirib - FOTO

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün 303 ədəd platforma vaqon və 18 ədəd drezin alaraq ölkəyə gətirib.
Avtosfer.az xəbər verir ki, bununla da səhmdar cəmiyyəti hərəkət tərkibini və maşın-mexanizmlər parkını son nəsil texnikalarla təchiz edib və beynəlxalq daşımalarda rəqabətədavamlılığını artırıb.
Bu gün media nümayəndələrinin iştirakı ilə Biləcəri yeni lokomotiv deposunda texnikaya baxış keçirilib. ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: ‘’Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.
QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov isə bildirib ki, yeni alınmış platforma vaqonlar tranzit daşımalarının, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq: ‘’Məqsədimiz Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionun əsas nəqliyyat habına çevrilməsinə dəstək verməkdir’’.
Baxış zamanı qeyd olunub ki, ADY yükdaşımaların fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO













