"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırıldı

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Müşahidə Şurasında dəyişiklik edilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, ADY-dən verilən məlumata görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.
İndiyə qədər Şuranın üzvləri Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müşaviri Cəfər Babayev idi.
Şuranın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev olmaqla qalıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












