"Azərbaycan Dəmir Yolları"nın zərəri 39% azalıb

“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228,418 milyon manat zərərlə başa vurub.
Avtosfer.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 38,6% azdır.
Ötən il ADY-nin əməliyyat gəlirləri 406,039 milyon manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459,504 min manat (11,1% az), digər xərcləri 171,17 milyon manat (34% az), mənfəət vergisi ödəmələri isə 3,783 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 856,831 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2% çoxdur. Bunun 4 127,678 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25% artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9% azalaraq 2 978,916 milyon manata düşüb, balans kapitalı isə 54,4% artaraq 1 877,915 milyon manata çatıb.
Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamıə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











