Azərbaycan diasporu hərbçilərimiz üçün bahalı tibbi avadanlıq göndərdi - FOTO

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün artıq müvafiq ünvana yola salınıb.
Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski bildirib ki, həmin tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə keyfiyyətli tibbi yardım göstərməsinə kömək edəcək.
O əlavə edib ki, yüksək texnoloji avadanlıqların alınmasına bir qrup soydaşımız birlikdə vəsait sərf edib və bundan sonra da xalqımızla bir yerdə olacaqlar.
Ural Federal Dairəsinin Azərbaycan diasporu təcavüzkar erməni ordusunun təxribatlarından zərər çəkənlərə yardım və dəstək göstərməkdə davam edir. Belə ki, diaspor üzvləri Müdafiə nazirliyinin yardım fonduna xeyli vəsait köçürüb və əsgərlərə humanitar yardım göndəriblər.
Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı zərər çəkən mülki şəxslərə, eləcə də, əsgərlərə və onların ailələrinə bundan sonra da humanitar yardım göstərməyə hazır olduqlarını diqqətə çatdırıblar.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












