Azərbaycan-Ermənistan normallaşmasını dəstəkləyəcəyik - Cevdet Yılmaz

Regional sülh prosesini və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik.
Avtosfer.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşündən sonra özünün sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.
"Biz birgə komissiya iclasları vasitəsilə qardaş Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirməkdən məmnunuq. Möhtərəm Prezidentlərimizin rəhbərliyi altında Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz iqtisadiyyat, sosial siyasət, regional əməkdaşlıq sahələrində yeni üfüqlər açır. Avqustun 8-də Vaşinqtonda atılan tarixi addımdan sonra Cənubi Qafqazda davamlı sülh və sabitliyə olan ümidlərimiz daha da artdı. Məqsədimiz ümumi inkişafımızı, bəşəri əlaqələrimizi və qardaşlığımızı daha da gücləndirməklə regionumuzda sülhün, sabitliyin və rifahın hökm sürməsinə töhfə verməkdir", - o bildirib.
Qeyd edək ki, A.Əliyev Türkiyədə səfərdədir. O, Prezident İqamətgahında C.Yılmazla görüşüb. Görüşdə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, nazir müavini Adnan Ertem də iştirak ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












