Azərbaycan əsas tədarük bazarından avtobus idxalını kəskin artırıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 50,9 milyon ABŞ dolları dəyərində 374 ədəd avtobus gətirilib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 75,6 % çoxdur.
Hesabat dövründə Türkiyədən 46,676 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 272 ədəd (+64 %), Koreya Respublikasından 2,128 milyon ABŞ dolları dəyərində 46 ədəd (1 ildən sonra tədarük bərpa edilib), Almaniyadan 1,113 milyon ABŞ dolları dəyərində (-9,6 %) 39 ədəd (+34,5 %), Çindən 925 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 15 ədəd (+3 dəfə), Fransadan 30,37 min ABŞ dolları dəyərində 1 ədəd (4 il 5 aydan sonra tədarük bərpa edilib) və Rusiyadan 11 min ABŞ dolları dəyərində (-97 %) 1 ədəd (-91 %) nəqliyyat vasitəsi alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycana idxal olunan (6 ölkədən) 266 avtobusun 79 %-i Türkiyənin payına düşüb. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












