Azərbaycan-Gürcüstan sərhədində yeni gömrük postu yaradılacaq

Azərbaycan və Gürcüstan sərhədində yeni gömrük postu yaradılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Maliyyə Nazirliyinin Gürcüstan Gəlirlər Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Asiya İnkişaf Bankı (AİB) Gürcüstana yeni gömrük postunun tikintisinə kömək edəcək.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze ilə AİB-in beynəlxalq eksperti Radomir Curiç arasında keçirilən işgüzar görüşdə yeni postun yaradılması məsələsi müzakirə olunub. Tərəflər birgə məntəqənin tikintisi ilə bağlı texniki məsələləri, eləcə də gələcək planları müzakirə ediblər.
Görüş zamanı sözügedən gömrük postunun konsepsiyasını hazırlayan Asiya İnkişaf Bankının eksperti obyektin təşkili və düzgün işləməsi şərtləri ilə bağlı hazırlanmış təqdimatı iştirakçılara təqdim edib.
Bizim.Media
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR












