Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyədək artırıb

Gürcüstan 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycana 189,18 milyon ABŞ dolları dəyərində 12 916 ədəd avtomobil ixrac edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci illə müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri bu il 92,55 milyon dollar və ya 95,7%, sayı isə 1 239 ədəd və ya 10,6% çoxdur.
2022-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 96,63 mln. dollar dəyərində 11 677 ədəd avtomobil ixrac edib.
Cari il Gürcüstan ümumilikdə 1 mlrd. 15 mln. dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik ifadədə 85,4% çoxdur. Bu il Gürcüstanın avtomobil ixracında Azərbaycanın payı təxminən 18% olub. Avtomobil ixracı Gürcüstanın ümumi ixracının 17,3%-ni təşkil edib.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












