Azərbaycan İLK DƏFƏ hərbi təyyarə alır... - VİDEO

Xəbər verdyiimiz kimi, Azərbaycan hərbi hava qüvvələrinin arsenalına İtaliyadan hərbi nəqliyyat təyyarələri alır. Müdafiə Nazirliyi C-27J Spartan təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə kontrakt imzalayıb.
Hərbi ekspert Azər Bayramov deyir ki, bu təyyarələr mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
Ən çətin coğrafi relyef və əməliyyat şəraitində özünü sübut etmiş C-27J Spartan təyyarələri geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.
Qeyd edək ki, "C-27J Spartan" bazarda ən effektiv nəqliyyat təyyarələrindən hesab olunur. Yükgötürmə qabiliyyəti 11,5 tondur. Hərbi hava gəmisinin uzunluğu 22,7, qanadlarının eni 28,7, hündürlüyü 9,64 metrdir. Maksimum sürət 602 km/saatdır. Təyyarənin ekipajı iki nəfərdən ibarətdir. Burada 60-a qədər əsgər, 46 paraşütçü və ya 6 nəfərlik xərəklərdə 36 yaralı daşımaq mümkündür.
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO












