Banner

Azərbaycan ötən il avtomobil benzininin istehsalını artırıb - CƏDVƏL

Xəbərlər 19 Yanvar 2023 14:49
Azərbaycan ötən il avtomobil benzininin istehsalını artırıb - CƏDVƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 136,3 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 4,2% azalıb.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 1,4% artıb.

Məlumata görə, ötən il ölkədə neft bitumu istehsalı 5,5%, dizel yanacağının istehsalı 15,5%, neft koksunun istehsalı 18,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 21,6%, sürtkü yağlarının istehsalı 23,5%, yanacaq mazutunun istehsalı isə 26,9% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, ötən ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 282,7

101,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

296,1

78,4

Ağ neft, min ton

563,6

114,6

Dizel yanacağı, min ton

2 040

84,5

Yanacaq mazutu, min ton

77,7

73,1

Sürtkü yağları, min ton

44,6

76,5

Neft bitumu, min ton

342,4

94,5

Neft koksu, min ton

209,6

81,8

Oxunub 990
ŞƏRH YAZ
Ad

E-mail

Şərh