Azərbaycan SSR-in yol texnikası: Minqeçaurets

“Minqeçaurets” (orijinalda - Мингечаурец). Bu ad demək olar heç kimə tanış deyil. Amma Azərbaycanda vaxtilə belə bir texnika istehsal edilib. İş orasındadır ki, bu maşınla bağlı İnternetdə 1 fotodan başqa heç bir məlumat yoxdur. Lakin biz yaşlı insanların xatirələri əsasında bu texnika barədə məlumat əldə edə bildik.
Avtosfer.az-ın xəbərinə görə, “Minqeçaurets” Mingəçevirin məşhur Yol İnşaatı Maşınları Zavodunda (danışıqda Dormaş) istehsal edilib. Texnika əsasən yükləyici kimi istifadə olunub. Digər sovet texnikaları ilə müqayisə edərək onun məşhur D.240 mühərriki (Belarus traktorlardakı kimi) ilə təchiz edildiyini deyə bilərik. Bu tip texnikanın istehsal sayı barədə məlumatlar məxfi olduğundan nə qədər itehsal edildiyi, hara ixrac olunduğu barədə nə isə deyə bilmərik.
Yəqin ki bu texnikanın qalıqları, və ya işlək vəziyyətdə olanı Azərbaycanın hansısa bir hissəsində qalıb. Bu maşından istifadə etmiş şəxslərin fikirlərinə məmnuniyyətlə yer ayırmağa hazırıq.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












