Azərbaycan Türkiyəyə 100 milyon dollar ayırıb - VİDEO

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə 100 milyon dollar ayırıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilən "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" Beynəlxalq Donorlar Konfransında çıxışından deyib.
Nazir deyib ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərilib. Azərbaycan bölgədə bərpa-quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcək.
Mövzuya münasibət bildirən politoloq İlyas Hüseynov deyir ki, Azərbaycan qardaş ölkəyə yardımlarını əsirgəmədi. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada kecirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə də mühüm mesajlar verildi.
“Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik”,- deyə politoloq bildirib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












