Azərbaycan xəstəxanalarında zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Səhiyyə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır” – nazir bildirib.
Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib












