Azərbaycan yük maşınlarının Rusiya-Belarus sərhədində saxlanılması ilə bağlı AÇIQLAMA

Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhəddən Belarusa buraxılıb.
Bu barədə “Report”un Azərbaycan yük maşınlarının Rusiya sərhədçiləri tərəfindən Belarusa buraxılmaması iddiaları ilə bağlı sorğusuna cavab cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Rusiya-Belarus dövlət sərhədində Azərbaycan yük maşınlarının sərhəd keçid məntəqəsindən saxlanılması ilə bağlı daşıyıcılar və ya sürücülər AYNA-ya rəsmi müraciət daxil olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı vəziyyəti aydınlaşdırmaq üçün AYNA tərəfindən araşdırma aparılıb. Məlum olub ki, Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhədi yüksüz keçmək istədiyi üçün sərhəddə saxlanılıb. Onlardan yüklənmə məntəqəsini göstərən sənədlər tələb edilib. Tələb olunan bütün sənədlər təqdim edilib və yük maşınları sərhəddən buraxılıb. Artıq nəqliyyat vasitələri Belarus ərazisindədir”, - qurumdan bildirilib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











