Azərbaycana gəlmək üçün 275 min ödədi

Rusiyanın Həştərxan vilayətindən Azərbaycana gəlmək istəyən kişi aeroportda çətinliklə üzləşib.
Vilayətin Axtubinski rayon sakini olan azərbaycanlı azyaşlı uşaqları üçün aliment borcunu ödəməyib. Ona görə də, ondan borcun ödənməsi tələb olunub və rayon məhkəməsinin icraçıları hərəkətə keçiblər.
Kişinin bankda və ya kredit təşkilatında olan hesablarda saxlanılan vəsaitlərə girov qoyulması barədə qərar qəbul edilib. Həmçinin borcu ödəmədiyi üçün onun Rusiya Federasiyasından çıxmasına müvəqqəti məhdudiyyət qoyulub.
Vəsait borclunun hesablarından silindikdən sonra cüzi məbləğdə borc ödənilib. Amma məlum olub ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı olub və qadağaya görə vətəninə getmək imkanı olmayıb. Bu problemi həll etmək üçün o borcu tam ödəməyə qərar verib. Nəticədə həmin gün 275 min rubl (təxminən 6132 manat) məbləğində borc ödənilib.
Bundan sonra bütün məcburiyyət tədbirləri ləğv edilmiş və borclu öz öhdəliklərini tam yerinə yetirib. Daha sonra o, Rusiya Federasiyasından sərbəst şəkildə çıxa bilib. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












