Azərbaycana gətirilən narkotikin satışının TƏŞKİLATÇISI saxlanıldı - FOTO

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin və psixotrop maddələrin satışını və paylaşılmasını təşkil edən şəxs saxlanılıb. Ondan ümumi çəkisi 1 kiloqram 354 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıllı rayon sakini Elmir İsgəndərov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qram heroin, 400 qramdan artıq tiryək və 302 qram metamfetamin aşkarlanıb. Araşdırma zamanı Elmir İsgəndərovun həmin narkotik vasitəni pul qarşılığında paytaxtdan Qəbələyə satış məqsədilə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə E.İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












