Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
“Azilaqro” MMC və “Azərbaycan Toxumçuluq Təsərrüfatı” MMC tərəfindən təsərrüfata faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan “İstek” (50 qram) və “Parola” (2,997 kq və 0,126 kq) sortu olan pomidor toxumlarından agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm - pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












