Azərbaycana idxal olunan TIR və qoşquların sayı kəskin artıb

Beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib. Ölkəyə idxal olunan dartıcıların (TIR-ların) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.
Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, 2023-cü ilin I rübündə Azərbaycana idxal olunan dartıcıların sayı 1229, qoşqu və yarımqoşquların sayı 1208 ədəd təşkil edib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların sayında 193 faiz, qoşqu və yarımqoşquların sayında isə 225 faiz artım olub. Belə ki, 2022-ci ilin I rübündə 420 dartıcı, 371 qoşqu və yarımqoşqu ölkəyə idxal olunub”, - məlumatda qeyd olunur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












