Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Bu barədə Avtosfer.az-a Kollegiyadan məlumat verilib.
Bildirilib ki, yanvar ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran iki vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra, vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.
Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılmış və Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilmişdir.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












