Azərbaycanda avtomobil benzininin istehsalı 2%-dək artıb - CƏDVƏL

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 693,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 30%, avtomobil benzininin istehsalı 1,8 faiz artıb.
Qeyd olunur ki, hesabat dövründə neft bitumu istehsalı 5,8%, dizel yanacağının istehsalı 17,1%, neft koksunun istehsalı 20,2%, sürtkü yağlarının istehsalı 26,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 27,9% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.
Azərbaycanda neft məhsullarının dinamikası:
|
Məhsul növləri |
Yanvar-noyabr 2022-ci il |
İllik müqayisə, % |
|
Avtomobil benzini, min ton |
1 159,5 |
101,8 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
267,3 |
72,1 |
|
Ağ neft, min ton |
513,3 |
116,6 |
|
Dizel yanacağı, min ton |
1 855,5 |
82,9 |
|
Yanacaq mazutu, min ton |
77,1 |
130 |
|
Sürtkü yağları, min ton |
38,6 |
73,4 |
|
Neft bitumu, min ton |
327 |
94,2 |
|
Neft koksu, min ton |
187,5 |
79,8 |













