Azərbaycanda avtomobillərin icbari sığortası üzrə yığımlar 53 faiz artıb

2023-cü ilin yanvar ayında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 11 mln. 271 min manata yüksəlib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% və ya 3 mln. 905 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar ayında 7 mln. 365 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 7 mln. 920 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21% və ya 1 mln. 398 min manat çoxdur. Ötən ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 6 mln. 522 min manat olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.6% azaldıb. Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 88.55 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 70,3 manata enib. (apa)
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










