Azərbaycanda avtonəqliyyatla yük daşımaları artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları 50,5 milyon ton olub ki, bu da yük daşımalarının ümumi həcminin 55,6 faizini təşkil edib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, avtonəqliyyatla yük daşımaları 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artıb.
Özəl sektorda avtonəqliyyatla yük daşımaları 5,3 faiz artıb. Qeyd olunan dövrdə özəl sektorun payına avtomobil nəqliyyatı ilə bütün yük daşımalarının 76,5 faizi düşüb.
Yanvar-may aylarında avtonəqliyyatla sərnişin daşımaları 647,4 milyon nəfər olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,8 faiz çoxdur. Qeyd olunan dövrdə avtobusla 95,6 faiz, taksi və digər özəl daşıyıcılarla isə 4,6 faiz sərnişin daşınıb.
Bundan başqa, Bakı metropoliteninin xidmətlərindən 91,8 milyon nəfər istifadə edib (12,4 faiz artım).
2023-cü ilin yanvar-mayaylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 90,9 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 6,8 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 742,8 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin göstəricisindən 19 faiz çoxdur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












