Azərbaycanda benzin istehsalı 39% artıb - CƏDVƏL

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 248,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9%, sürtkü yağlarının istehsalı 60,5%, avtomobil benzininin istehsalı 39,2%, qazoylların (dizel yanacağının) istehsalı isə 33,9% artıb.
Məlumata görə, yanvar-iyun aylarında ölkədə neft bitumu istehsalı 37%, mazut istehsalı isə 93,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
700,6 |
139,2 |
4,6 |
|
Ağ neft, min ton |
283,3 |
114,3 |
39,3 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
1 154,3 |
133,9 |
94,3 |
|
Mazut, min ton |
4,0 |
6,2 |
2,0 |
|
Sürtkü yağları, min ton |
31,3 |
160,5 |
6,6 |
|
Maye qazlar, min ton |
122,1 |
124,2 |
2,1 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
530,9 |
84,9 |
32,7 |
|
ondan: |
|
|
|
|
neft bitumu, min ton |
111,3 |
63,0 |
12,3 |
|
neft koksu, min ton |
125,6 |
161,9 |
20 |
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












