Azərbaycanda benzin ucuzlaşacaq? - VİDEO

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir bareli 72 dollara satılır. Neftin ucuzlaşması isə benzinin qiymətinin enmə ehtimalını gündəmə gətirir.
"Aİ-95" premium və "Aİ-98" super markalı benzin Azərbaycanda istehsal olunmadığından bu marakalı benzin xaricdən idxal olunur. Bəs görəsən dünya bazarında neftin qiymətinin ucuzlaşması ölkəmizdə benzinin qiymətinə təsir edə bilərmi?
İqtisatçı-ekspert Xalid Kərimli deyir ki, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Yəni, qiymətlərin artıb-azalması məhz bu dəyişikliklərdən aslıdır. Məsələn, 2021-22 -ci illərdə dünya bazarında neftin bir barelinin qiymətinin artaraq 100 dollara yaxınlaşması Azərbaycanda bu növ benzinin bahalaşmasına səbəb oldu. Çünki Azərbaycan premium markalı benzini əsasən Rumunyadan ölkəmizə idaxal edir.
İndi isə fərqli mənəzrə yaşanmalıdır. Yəni, ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.
Ekspert deyir ki, hazırda dünyanın əsas neft hasilatçılarından olan ABŞ-də neftin qiymətinin ucuzlaşması yanacağın da qiymətinin aşağı düşməsinə səbəb olub.Yanacağın qiyməti Avropa ölkələrində də ucuzlaşıb.
Qeyd edək ki, hazırda ölkəmizdə "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2, "Aİ-98" markalı benzinin qiyməti isə 2 manat 30 qəpiyə satılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












