Banner

Azərbaycanda bu il benzin və dizel istehsalı artıb

Xəbərlər 18 Aprel 2023 14:18 Oxunub 826
Azərbaycanda bu il benzin və dizel istehsalı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 070 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artıb.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, neft koksunun istehsalı 17,8%, avtomobil benzininin istehsalı 6,2%, qazoylların (dizel yanacağının) istehsalı 5,2% artıb.

Məlumata görə, yanvar-mart aylarında ölkədə ağ neft istehsalı 2,3%, neft bitumu istehsalı 44,9%, faiz, mazut istehsalı isə 91% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2023-cü il, yanvar-mart

İllik müqayisə, %

Avtomobil benzini, min ton

349,5

106,2

Ağ neft, min ton

136,5

97,7

Dizel yanacağı, min ton

556,5

105,2

Yanacaq mazutu, min ton

3,1

9,0

Sürtkü yağları, min ton

15,4

131,6

Maye qazlar

70,8

99,2

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

276,3

86,0

ondan:

 

 

Neft bitumu, min ton

39,6

55,1

Neft koksu, min ton

64,1

117,8

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh