Azərbaycanda bu il benzin və dizel istehsalı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-aprel aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
471,7 |
131,1 |
33,7 |
|
Ağ neft, min ton |
179,5 |
107,3 |
28,3 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
751,5 |
126,1 |
107,8 |
|
Mazut, min ton |
3,1 |
8,5 |
1,7 |
|
Sürtkü yağları, min ton |
21,1 |
146,5 |
7,3 |
|
Maye qazlar, min ton |
91,7 |
124,1 |
1,6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
365,2 |
89,6 |
45,6 |
|
ondan: |
|
|
|
|
neft bitumu, min ton |
55,4 |
56,8 |
9,7 |
|
neft koksu, min ton |
84,3 |
145,8 |
35,4 |
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












