Azərbaycanda bu il benzinin istehsalı 48%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1759,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3%, sürtkü yağlarının istehsalı 52,6%, avtomobil benzininin istehsalı 47,6%, qazoylların (dizel yanacağının) istehsalı 36,4 % artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 38,7%, mazut istehsalı isə 94,6% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
570,8 |
147,6 |
7,9 |
|
Ağ neft, min ton |
221,9 |
111,5 |
22,7 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
923,4 |
136,4 |
82,8 |
|
Mazut, min ton |
3,3 |
5,4 |
1,6 |
|
Sürtkü yağları, min ton |
26,1 |
152,6 |
6,6 |
|
Maye qazlar, min ton |
104,0 |
136,3 |
4,6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
438,2 |
86,1 |
34,6 |
|
ondan: |
|
|
|
|
neft bitumu, min ton |
79,3 |
61,3 |
4,2 |
|
neft koksu, min ton |
105,7 |
173,3 |
30,1 |
(apa)
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










