Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları - SİYAHI

2022-ci il ərzində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi saytı olan azal.az saytı ən çox müraciət edilən dövlət orqanının saytı olub.
Bu barədə Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş sayına görə açıqlayıb.
Hər iki kateqoriya üzrə ilk 4-lük dəyişməz olaraq qalıb. Belə ki, ikinci yerdə Dövlət İmtahan Mərkəzinin dim.gov.az, üçüncü pillədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və 4-cü pillədə isə Azərbaycanın aşağı büdcəli hava yolu şirkəti olan “Buta Airways”in butaairways.az saytı qərarlaşıb.
Toplam giriş sayına görə 5-ci yerdə Müdafiə Nazirliyinin mod.gov.az, 6-cı sırada Elm və Təhsil Nazirliyinin edu.gov.az, 7-ci pillədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) aztv.az saytı yerləşib.
Bu kateqoriya üzrə son 3 yerdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) science.gov.az, “İdman Azərbaycan TV”-nin idmantv.az və Daxili İşlər Nazirliyinin (DİN) mia.gov.az saytları qərarlaşıb.
Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə, burada 5-ci pillədə Elm və Təhsil Nazirliyinin edu.gov.az, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) asan.gov.az, Müdafiə Nazirliyinin mod.gov.az saytı yer alıb.
Bu kateqoriya üzrə son 3-lükdə ardıcıl olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) taxes.gov.az, Dövlət Gömrük Komitəsinin (DGK) customs.gov.az və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) aztv.az saytı qərarlaşıb.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











