Azərbaycanda hava yolu şirkəti 1 mlrd. manata yaxın xalis mənfəət əldə edib

“Silk Vey Vest Aviaşirkəti” 2022-ci il üzrə audit hesabatlarını açıqlayıb.
Avtosfer.az şirkətin audit hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Silk Vey Vest Aviaşirkəti”nin xalis mənfəəti 2.1% artaraq 939 milyon 878 min manata bərabər olub. 2021-ci ildə şirkətin xalis mənfəəti 920 milyon 230 min manat olub.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 3 milyard 244.5 milyon manat (illik müqayisədə 11.6% çox), ümumi xərclər isə 2 milyard 17.1 milyon manat (illik müqayisədə 14% çox) təşkil edib. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 1 milyard 227.4 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 7.8% çoxdur.
Ötən il şirkət 235 milyon 363 min manat mənfəət vergisi ödəyib.
2022-ci ildə şirkətin cəmi aktivləri 2021-ci illə müqayisədə 31.2% və ya 636.7 milyon manat artaraq 2 milyard 679,9 milyon manat, cəmi öhdəlikləri isə 12.7% və ya 179.3 milyon manat azalaraq 1 milyard 237.5 milyon manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin cəmi kapital 1 milyard 442.3 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 2.3 dəfə və ya 816 milyon manat çoxdur.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










