Azərbaycanda icra hakimiyyətinin sabiq şöbə müdiri həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Şikayətçilər bildiriblər ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












