Azərbaycanda karantinlə bağlı MÜHÜM XƏBƏR - AVQUST ayından...

"COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə əməl olunmaqla Gürcüstan və Türkiyədən gələn turistlərə məhdudiyyətlər aradan qaldırıla bilər".
Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının "Turizm və xidmət üzrə iş" Komissiyasının sədri Ruslan Quliyev deyib.
O bildirib ki, dünya əhalisi də hansı ölkələrdə yumşalma varsa, epidemioloji vəziyyəti stabildirsə, o ölkələrə səyahətdə maraqlıdırlar:
"BƏƏ, Türkiyə, Gürcüstan və digər ölkələr müəyyən şərtləri, standartları tətbiq etməklə turist axınına səbəb olacaq addımlar atıblar. Hazırda ölkəmizdəki yumşalmaları doğru addım hesab edirik. Əlbəttə ki, yenə də gigyena qaydalarına əməl olunmalıdır.
Azərbaycanda keçirilən böyük idman yarışları hər zaman bura gələn turistlərin sayına təsir edibdir. Düşünürük ki, avqust ayından sonrakı mərhələdə də müəyyən yumşalmalar ola bilər və eyni zamanda əksi də ola bilər. Amma istənilən halda 2021-ci ili ümid və bərpa ili kimi nəzərə alsaq, 2022-ci ildən sonra hər şey yenidən bərpa oluna bilər, həyat öz axarına dönə bilər. Burada ölkəyə gələn turistlərdə test nəticələrinin etibarlılığı, yəni 48 saatdan 72-96 saata qədər qaldırılarsa, bu da əlavə turist axınına səbəb ola bilər.
Amma hər bir halda hər şey yenə də əvvəlki kimi olmayacaq. Bu da bizi sövq edir ki, daim standartlara və COVID 19-a qarşı mübarizə tədbirlərində ayıq-sayıq olaq. Və düşünürük ki, bu, bizim ölkə olaraq xeyirimizə nəticələnə bilər". //Milli.az
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












