Azərbaycanda KASKO sığorta üzrə yığımlar 15% artıb

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-mart ayları ərzində 9 milyon 715.4 min manat sığorta haqqı toplayıb.
Azərbaycan Mərkəzi Bankınnın xəbərinə görə, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15% və ya 1 milyon 274.4 min manat çoxdur. Ötən ilin yanvar-mart aylarında KASKO sığorta üzrə 8 milyon 441 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 4 milyon 569.6 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21.7% və ya 814.3 min manat çoxdur. 2022-ci ilin ilk 3 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 3 milyon 755.3 min manata bərabər olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə KASKO sığortası üzrə zərərliliyi 5.6% artırıb. Belə ki, ötən ilin ilk 3 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 44.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 47 manat təşkil edib. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












