Azərbaycanda kişi qadınların 80 minlik qızılını götürüb YOXA ÇIXDI

Sumqayıtda qadınlara qarşı külli miqdarda dələduzluq edilib.
Avtosfer.az xəbər verir ki, dələduzluqda təqsirləndirilən R. Əliyev Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzində qızıl satan R. Əhmədovaya külli miqdarda ziyan vurub. Belə ki, o, əvvəlcə ondan nisyə qızıl alaraq, satıb və pulunu qaytarıb. Bu yolla qadın satıcının etibarını qazanıb. Növbəti dəfə də, 45 min 539 manatlıq qızılı nisyə götürüb. Ancaq bu dəfəki qızılların pulu sahibinə qaytarılmayıb.
R. Əliyev qızıl alverçisi olan digər zərərçəkmiş G. Ağayevaya da eyni üsulla 34 min 960 manat ziyan vurub.
Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə R. Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.
lent.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












