Azərbaycanda kişini girov götürüb pul istədilər

Astara sakinini döyüb pul tələb ediblər.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəş açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını bildirib. Onun sözlərinə görə, həmin evdə onu döyərək 10000 manat pul gətirməsini tələb ediblər və pulu gətirməsi üçün saat 2 radələrində buraxıblar.
Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Astara rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










