Azərbaycanda logistika sahəsində olan problemlər açıqlanıb

Azərbaycanda logistika sahəsində ən böyük problem infrastruktur məsələləri ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Almaniyanın "Hellman Wordwide Logistics" şirkətinin Azərbaycandakı törəməsinin icraçı direktoru Kamran Həbibov bildirib.
"İnfrastruktur problemləri deyəndə, vaqon və avtomobil parklarında olan çatışmazlıqlar, eləcə də parkların köhnəliyi nəzərdə tutulur. Avtomobil parklarının yaşı çox olduğu üçün Avropa standartlarına cavab vermir və buna görə də Avropa ölkələri ilə işləmək alınmır. Ümid edirik, bu məsələlər həllini tapacaq. Onlarla bağlı bir neçə dövlət qurumuna müraciət etmişik. Bununla yanaşı, anbar sistemləri də kifayət qədər qənaətbəxş deyil. Azərbaycanda hələ də nəqliyyat ekspeditorunun fəaliyyətinə dair qanunvericilik bazası mövcud deyil. Kadr problemi də var. Bir neçə universitetdə logistika ilə bağlı fakültələr açılıb. Güman edirəm ki, həmin universitetlərin məzunları yaxşı mütəxəssis kimi yetişəcək və kadr sahəsində boşluq aradan qaldırılacaq", - deyə o qeyd edib.
report
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












