Azərbaycanda məşhur general-leytenant işdən çıxarıldı - FOTO

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Hüseynov İsmayıl Xəlil oğlu 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb.
İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə edib. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













