Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA

"Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarını yanvarın 8-dən etibarən ləğv edəcəyi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu qlobal ticarətə də təsirsiz ötüşməyəcək:
"Azərbaycanda quru sərhədlərin açılması qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır. Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Azərbaycana turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə daha asan səfər imkanları baxımından vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyili tezləşdirə bilər".
Unikal
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










