Azərbaycanda sərnişindaşıma 23 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4 % və 22,8 % çox olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesab dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 52,5 milyon ton yük daşıyıb. Yüklərin 3,5 %-i dəniz, 8,5 %-i dəmir yolu, 0,1 %-i hava, 54 %-i avtomobil nəqliyyatı, 33,9 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,4 % təşkil edib.
İlin ilk rübündə nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil nəqliyyatı, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












