Azərbaycanda sərnişindaşımalar 30%-dən çox artıb

2022-ci ildə Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 12,8% və 33,5% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 mln. ton yük daşınıb. Yüklərin 3,4%-i dəniz, 8,6%-i dəmir yolu, 0,2%-i hava, 57,6%-i avtomobil nəqliyyatı, 30,2%-i isə boru kəməri ilə daşınıb.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2% təşkil edib”, - məlumatda qeyd olunur.
Məlumata görə, 2022-ci ildə nəqliyyatçılar 1 621,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,7%-i avtomobil nəqliyyatı, 12,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












