Azərbaycanda texnopark imtiyazları İKT məhsullarının ixracını stimullaşdırır - FOTOLAR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüş əsnasında texnopark fəaliyyətinin mövcud vəziyyəti müzakirə edilib, gələcək inkişaf planları haqqında məlumat verilib, İKT məhsullarının ixrac imkanları üzrə fikir mübadiləsi aparılıb və rezidentlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə şəbəkələşmə sessiyası təşkil edilib.
Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, texnoparkların bu strategiyada rolu və rezidentlərlə qurulan tərəfdaşlıq modeli barədə məlumat verib:
“İRİA olaraq məqsədimiz texnopark rezidentlərinin şəbəkəsini daha da genişləndirmək, rezidentlərin biznes tərəfdən inkişafına real dəstək göstərmək və xüsusilə də yerli İKT məhsullarının ixrac potensialını təşviq etməkdir. Bu yanaşmanın nəticələrini artıq konkret statistikada da görürük. Texnopark rezidentlərinin sayı 2023-cü ildə 70 olduğu halda, 2024-cü ildə bu rəqəm 118-ə yüksəlib, 2025-də isə artıq 163 şirkət texnoparkımızın rezidentidir”.
İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev texnopark fəaliyyətinin mövcud vəziyyəti, əldə olunmuş nəticələr və qarşıdakı dövr üçün planlar barədə təqdimatla çıxış edib. Təqdimatda rezidentlərlə əməkdaşlığın gücləndirilməsi, icma yanaşmasının formalaşdırılması və texnoparkların ölkə iqtisadiyyatında real dəyər yaradan biznes platformasına çevrilməsi əsas istiqamətlər kimi qeyd olunub.
Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Süleymanlı İKT sənayesinin iqtisadiyyatda rolu, qlobal tendensiyalar və Azərbaycan üçün mövcud ixrac imkanları, müxtəlif ölkələr üzrə bazar araşdırmaları barədə analitik təqdimat edərək, İKT üzrə ixrac dinamikasının artırılmasının ölkənin qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel sessiyası da keçirilib. Yekunda texnopark rezidentlərinin iştirakı ilə şəbəkələşmə sessiyası baş tutub.
Qeyd edək ki, texnopark rezidentliyi çərçivəsində tətbiq olunan mənfəət vergisi, dividend gəlirləri, əmlak və torpaq vergiləri üzrə tətbiq olunan güzəştlər, eləcə də gəlir vergisi və sosial sığorta mexanizmlərinin sadələşdirilməsi biznes subyektlərinin maliyyə dayanıqlığını gücləndirir və onların daha sürətli inkişafına əlverişli şərait yaradır. Sözügedən imtiyazlar bütövlükdə ölkədə innovasiyaya əsaslanan və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına və inkişafına mühüm töhfə verir.





15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO










