Azərbaycanda unun qiyməti kəskin ucuzlaşdı

İyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, ayın 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 27,2 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 29,2 manata "Neon” Firması satıb.
Qeyd edək ki, bu ayın əvvəlində "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, "Neon” Firması isə 32,9 manata satıb.
Məlumat üçün qeyd edək ki, son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.
Lakin, onu da qeyd edək ki, son bir ay ərzində unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur. (yeniavaz.com)

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












